Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Deputatların təcili olaraq Məclisə çağrılmasının səbəbi bilindi

SİYASƏT

2248

03.07.2019, 17:03

\"\"  Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclaslarının gündəliyi müəyyənləşib. Oxu24.com -un xəbərinə görə, iyulun 9-da keçiriləcək plenar iclasların gündəliyinə 38 məsələ daxildir. Bunlar “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir. Xatırladaq ki, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü və 27-i keçirilib. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.