Qaynar xətt:

(+99450) 247 90 86

Prezident onları təltif edib

SİYASƏT

793

10.07.2019, 09:28

\"\"  Prezident İlham Əliyev iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Oxu24.com   xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları da var. Prezidentin sərəncamı ilə Ələkbərli Vüsal Ziyad oğlu və Cəfərov Nadir Yavər oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər. Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.