Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək vəzifəli şəxs işdən qovuldu -Zəhərlənən pambıqçılara görə

2018-06/1529491177_14-38-16-camal-quliyev.jpg

SİYASƏT

1588

20.06.2018, 14:39

\"\" 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Bu barədə  Oxu24.com -a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. Onun sözlərinə görə, C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.
Qeyd edək ki, bu məlumatı ilk olaraq \"Qafqazinfo\" yazıb. Saytın yazdığına görə, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb. C. Quliyevin dünən İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin zəhərlənməsi faktına görə işdən çıxarıldığı ehtimal olunur