Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
435
19.11.2023, 12:27
Ermənistan rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb. Bu dəfə də Ermənistan baş naziri öz ziddiyyətli fikirləri ilə yadda qalıb. Ermənistan tərəfi iki aydan artıq müddətdə yubatdığı "sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir.
OXU24.COM xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyası zamanı çıxışı ilə bağlı deyib.
Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin baza prinsiplər və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistan və Azərbaycanın ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan etməsi Ermənistan rəsmilərinin bəyanatlarında nə dərəcədə ziddiyyətli yanaşma tətbiq etdiklərinin göstəricisidir:
"Son üç il ərzində Azərbaycan tərəfindən 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi bu prosesə maneçilik törədib. Azərbaycan tərəfindən indiyə qədər 100-ə yaxın erməni əsirin geri qaytarılmasına baxmayaraq, Ermənistan tərəfinin bunun müqabilində sərhəddi səhvən keçərən əsir götürülmüş şəxslərin geri qaytarılması barədə etimad quruculuğu səylərini pozması, 2 nəfər Azərbaycan hərbçisini əsir götürməsi, Ermənistan tərəfinin saxlanılan şəxslərin geri qaytarılması məsələsinə ciddi yanaşmadığını göstərir.
Həmçinin oxuyun
Ermənistanın baş nazirinin "Qərbi Azərbaycan İcmasının" nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı "təcavüzə hazırlıq" kimi qələmə verilməsi tamamilə əsassızdır.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.
Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir".
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.