Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! 6 nəfərin meyiti tapıldı

SON DƏQİQƏ

586

15.01.2024, 17:26

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

 

Oxu24.com  xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən  məlumat təsdiqlənib.

 

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.