Qaynar xətt:

(+99450) 247 90 86

DƏHŞƏTLİ HADİSƏ: Xeyli sayda adam diri-diri yandırıldı

2022/07/31/1659287893_f8d05939-46e3-3420-93f2-210eb5575cd2_850.jpeg

SON DƏQİQƏ

352

31.07.2022, 21:13

Madaqaskarda quldurlar tərəfindən törədilən yanğınlarda azı 32 nəfər həlak olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ada dövlətinin milli müdafiə naziri bildirib. "İyulun 29-da ölkənin paytaxtı Antananarivudan 75 km aralıda yerləşən Ankazobe bölgəsində quldurlar evləri yandırıblar. Ölənlər arasında qadınlar və uşaqlar da var", - nazir qeyd edib. Onun sözlərinə görə, quldurlar əsasən fermerlərin mal-qarasını oğurlamaqla məşğul olan "Daxalo" cinayətkar qrupunun bir hissəsidir. Müdafiə Nazirliyinin rəisi yanğının təşkilatçılarının tutularaq məsuliyyətə cəlb edilməsi üçün əraziyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.