Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

2022/08/01/1659378980_tecili-yardim-gece.jpg

SON DƏQİQƏ

506

01.08.2022, 22:34

Neftçalada yol qəzasında sürücü ölüb, iki nəfər xəsarət alıb.

Oxu24.com-un  məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Neftçala şəhər sakini, 1967-ci il təvəllüdlü Bağırov Nazim Qəhrəman oğlu idarə etdiyi “Mersedes” markalı avtomobi anidən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan rayonun Həsənabad kənd sakinləri, 1963-cü il təvəllüdlü Gözəlov Rahib Paşa oğlu və 1961-ci il təvəllüdlü İbadov Habil Məzahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)