SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
874
02.08.2022, 12:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Bu barədə Oxu24com-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir.
Eyni zamanda, birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər.
Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər.
Qeyd edilən sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra aşağıdakı sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- şəxsiyyət vəsiqəsi;
- əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə
Həmçinin oxuyun
Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək;
Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.
Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədləri DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
- vərəsəlik hüququ haqqında şəhadətnamə;
- vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;
- vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:
I dərəcə əlilliyə görə - 8 800 manat
II dərəcə əlilliyə görə - 6 600 manat
III dərəcə əlilliyə görə - 4 400 manat
Əhaliyə ŞAD XƏBƏR: Bu şəxslər 300 manat müavinət alacaqlar
20:16 / 14 Dekabr 2025
226
19:55 / 14 Dekabr 2025
48
19:50 / 14 Dekabr 2025
34
19:36 / 14 Dekabr 2025
38
19:27 / 14 Dekabr 2025
118
19:22 / 14 Dekabr 2025
61
18:57 / 14 Dekabr 2025
2050
17:55 / 14 Dekabr 2025
756
16:45 / 14 Dekabr 2025
1189
15:41 / 14 Dekabr 2025
933
15:09 / 14 Dekabr 2025
89
14:56 / 14 Dekabr 2025
190
14:08 / 14 Dekabr 2025
2184
13:58 / 14 Dekabr 2025
110
13:27 / 14 Dekabr 2025
126
13:18 / 14 Dekabr 2025
103
13:09 / 14 Dekabr 2025
145
12:54 / 14 Dekabr 2025
551
12:18 / 14 Dekabr 2025
1116
12:06 / 14 Dekabr 2025
2357
11:38 / 14 Dekabr 2025
112
11:30 / 14 Dekabr 2025
782
11:22 / 14 Dekabr 2025
87
10:43 / 14 Dekabr 2025
1142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.