SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
635
18.11.2023, 19:27
ABŞ-da itlərin tənəffüs sisteminə təsir edən mənşəyi məlum olmayan xəstəlik epidemiyası baş verib. İnfeksiyanın simptomlarına öskürək, asqırma, gözdən və burundan axıntı, zəiflik daxildir.
Oxu24.com xəbər verir ki,bu barədə Amerika Baytarlıq Tibb Assosiasiyasının (AVMA) saytında məlumat verilib.
Təşkilatın məlumatına görə, bu ilin avqust ayının ortalarından bəri təkcə Oreqon ştatında 200-dən çox yoluxma hadisəsi qeydə alınıb.
Xəstəlik demək olar ki, antibiotiklərlə müalicə olunmur və bəzi hallarda kəskin pnevmoniyaya səbəb olur ki, bu da tez ağırlaşır və cəmi 24-36 saat ərzində ölümcül nəticəyə səbəb olur.
Xəstəliklə qarşılaşan baytarların sözlərinə görə, xəstəliyin törədicini hələlik müəyyən etmək mümkün olmayıb. Bunun virus ola biləcəyindən şübhələnirlər, lakin ümumi tənəffüs testlərinin nəticələri ya mənfi, ya da belə simptomlara səbəb ola bilməyən patogenlər müəyyən edilib.
Həmçinin oxuyun
Xəstəlik Kolorado, Nyu-Hempşir və Massaçusets ştatlarında da aşkarlanıb. Müəmmalı xəstəlik səbəbindən artıq neçə itin həyatını itirdiyi hələ dəqiq bilinmir.
İnfeksiyanın ev heyvanlarının sağlamlığı üçün ciddi nəticələrinə baxmayaraq, baytarlar it sahiblərini təlaşa düşməməyə və ev heyvanlarının müxtəlif respirator xəstəliklərə qarşı peyvənd olunmasını təmin etməyə, həmçinin onların digər itlərlə qarşılıqlı əlaqəsini məhdudlaşdırmağa çağırır.
Müəllif:Miri Məcidli
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.