Qaynar xətt:

(+99450) 247 90 86

Müğənniyə məxsus 3 mərtəbəli bina uçdu

ŞOU-BİZNES

121

11.12.2024, 16:31

Türkiyədə Athena Gökhan kimi tanınan müğənni Gökhan Özoğuza məxsus üçmərtəbəli bina uçub.

Oxu24.com  Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:40 radələrində Balat məhəlləsində qeydə alınıb.

Belə ki, 3 mərtəbəli və yaşayış olmayan binada qismən çökmə baş verib.

Binanın yanındakı iki və onunla üzbəüz yerləşən bir binanın sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib.

Bundan başqa, onun ətrafındakı yolun bir hissəsində də çökmələr baş verib.

Binadan götürülən nümunələr araşdırıldıqdan sonra sökülüb-sökülməyəcəyinə qərar veriləcək.