Nadir Qafarzadə xanımını paylaşdı:Qucağında da yeni doğulmuş nəvəsi
13 Dekabr 2025, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1944
28.01.2025, 19:55
Mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Qızınız Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat etdi. Onun ölüm haqqında şəhadətnaməsini xəstəxanadan götürmüsünüzmü? Həmin sənəddə nə yazılıb?
- Bəli, qızımın ölümü haqqında şəhadətnaməsini xəstəxanadan götürmüşəm. Orada yazılıb ki, qızım guya böyrək çatışmazlığından əziyyət çəkib. Amma ekiprizdə (müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi-red.) qeyd edilir ki, bağırsaq xərçəngindən əziyyət çəkib. Bağırsaqlarında şiş metastaz verib.
Qızımın səhhəti çox pis idi. Hansı xəstəxanaya üz tutduq, qəbul etmədilər. Nəhayət, "Zəfəran” Hospitalına müraciət etdik, sağ olsunlar, qəbul elədilər. O zaman Çimnazın səhhəti çox pisləşmişdi, özündə deyildi. Axşam özü mənə zəng etdi ki, ata, indi yaxşıyam. Amma səhər vəziyyəti pisləşdi.
Qızımı reanimasiyaya yerləşdirmişdilər. Həkim dedi ki, gec gətirmisiniz, vəziyyəti çox ağırdır. Bakı Sağlamlıq Mərkəzindən "Zəfəran" Hospitalına ağır vəziyyətdə aparmışdıq. Mən heç kimin adını çəkmək istəmirəm...
- Qızınızın ölümündə həkimin məsuliyyətsizliyini iddia edirsiniz. Bununla barışmısınızmı?
- Həkimin məsuliyyətsizliyi ilə barışmıram. Qızım birinci dəfə əməliyyat ediləndə həkimdən soruşdum ki, nəticə necə olacaq? Mənə cavab verdi ki, ən azı bir aydan sonra yaraları sağalacaq. Amma 21 gündən sonra qızımı təkrar əməliyyata çağırdılar, xəstəxanaya depozit də qoyduq. Qızımı öldürdülər, sonra ayağa qaldırdılar. 17 saat əməliyyat aparıldı. Yarası sağalmırdı, vəziyyəti pisləşmişdi, on gün reanimasiyada qalmalı oldu.
Mənə bir çox cərrahlar dedilər ki, əməliyyatdan sonra xəstəxanadan tez çıxarılmalı deyildi, iki-üç ay orada qalmalı idi. Yəni əməliyyatından 21 gün sonra xəstəxanadan çıxmalı deyildi.
Az öncə qeyd etdiyim kimi, heç kimin adını çəkmək istəmirəm, Allah onların bəlasını versin! Məni necə çətinliyə saldılar, qızımın ağrılarını gördüm! Özləri də əziyyət çəksinlər. Çimnazın ağrılarını görmək mənə çox böyük stress yaşatdı. Çox əziyyət çəkirdi, ağrıkəsicilər belə təsir etmirdi. Bu haqda danışa bilmirəm (kövrəlir).
- Həkimlərə qarşı rəsmi qurumlar qarşısında hər hansı iddia qaldırmağı düşünürsünüzmü?
- Xeyr, iddia qaldırmaq istəmirəm. 21 gündən sonra ikinci əməliyyat zamanı öz ayağı ilə xəstəxanaya apardım, sonra hərəkəti məhdudlaşdı. Onları Allaha tapşırıram.
Həmçinin oxuyun
- Neçə övladınız var?
- İki qızım, iki nəvəm var. Qızım Çimnazın oğlu Almaniyada yaşayır.
- Çimnaz Sultanovanın oğlu anasının dəfn mərasiminə gəldi?
- Xeyr, anasının dəfn mərasimində iştirak edə bilmədi. İmkan tapsa, 40 mərasiminə gələcək.
- Qızınızın qəbirüstü abidəsi hazırlanırmı?
- Beş-altı aydan sonra qəbirüstü abidəsi hazır olacaq. Mart ayından etibarən qəbirüstü abidəsi üçün hazırlıq başlayacaq.
- Çimnaz Sultanovanın ən böyük arzusu nə idi?
- Mənə deyirdi ki, ata, səhhətim düzəlsin, Almaniyaya gedək. Arzusu Almaniyaya köçmək, orada müalicə almaq idi.
- Siz də Almaniyada yaşayırsınız?
- Xeyr, mən Bakıdayam. Qızımın keçmiş həyat yoldaşı və oğlu orada yaşayırlar.
- Çimnaz Sultanova xəstəliyini bu müddət ərzində necə gizlətdi? Bunun səbəbi nə idi?
- Düzdü, xəstəliyini hamıdan gizlədirdi. Mənə tapşırmışdı ki, ata, xahiş edirəm, xəstəliyim haqqında nə anam, nə də bacım xəbər tutsun. Həmişə özünü gülərüzlü və problemini heç kimə bildirdirmirdi.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.