Nadir Qafarzadə xanımını paylaşdı:Qucağında da yeni doğulmuş nəvəsi
13 Dekabr 2025, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
5045
06.12.2021, 12:06
Bir zamanlar parlayıb, sonradan ulduzu sönən bir müğənnidən danışırıq. Biri var, Əri övladı narkotikin cənginə düşən, adı son illər yalnız bəxbəxt xəbərlər və qalmaqallarda hallanan Lalə Dadaşova....
Oxu24.com xəbər verir ki, Musiqiçi ailəsində dünyaya gələn müğənni Lalə Dadaşova 90-cı illərin əvvəllərində həmkarı və həyat yoldaşı Elçin Cəlilovla efirə çıxaraq böyük məşhurluq qazanır. Lakin ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir.
Elçin rəhmətə getməmişdən bir qədər əvvəl, 2005-ci ilin mayında Dövlət Televiziyasından Laləni efirə dəvət edirlər. Ona təklif edirlər ki, həftədə bir dəfə musiqi verilişi aparsın. Mayın 10-da Elçin dünyasını dəyişir, bir gün sonra həmin veriliş efirə gedir. Adamlar elə bilir, Lalə Elçin rəhmətə gedəndən bir gün sonra efirə çıxıb, heç kim videonun bir müddət əvvəl yazılmasına inanmaq istəmir. Qəzetlərdə onu biabır edən başlıqlı yazılar çıxır.
Elçinin ölümündən 3 il sonra Trendə müsahibə verən mrhumun birinci həyat yoldaşı Tahirə xanım Lalə Dadaşovanı ağır ittiham edir:
"Lalə Elçinin evini dağıdan, ölümünə səbəb olan bir qadındır. Mən ona nifrət edirəm”.
Müğənninin Elçindən əvvəlki Arif adlı həyat yoldaşından iki oğlu olub. Onun bir oğlu Natiq iki ildən çox ağ ciyər xərçəngindən əziyyət çəkib. 2015-ci ilin oktyabr ayında Natiq 35 yaşında dünyasını dəyişir. Müğənninin oğlu ailəli olur, yeddi yaşlı bir oğlu qalır.
Lalə xanımın Zaur adlı digər oğlu aktrisa Mehriban Xanlarova ilə bir-birlərini seviblər.
Aktrisa Zaurdan iyirmi yaş böyük olsa da, onlar evlənmək qərarına gəlirlər. Lakin xəbəri eşidən Lalə Dadaşova bu nikaha qəti şəkildə etiraz edir. Oğlu isə inadından əl çəkməyib Mehribanla ailə qurur. Bir müddət sonra övladları olmadığı üçün cütlük ayrılır. Zaur ikinci dəfə başqa qadınla ailə qurur, ancaq bu evlilik də uğursuzluğa düçar olur. Cütlük 6-7 il bir yerdə yaşayır, onların övladı olmur. Zaurun ailə qurduğu xanım böyrək çatışmazlığından dünyasını dəyişir.
Mehriban Xanlarova müsahibələrinin birində Zaur haqqında deyir: “Zaur yaş fərqimiz o qədər də çox deyil. Mən 1967-ci ildənəm, Zaur isə 1973-cü ildən olmalıdır. Camaat 20 yaş fərqi ilə ailə qurur. Sadəcə anlaşmadıq və ayrıldıq. Bəzi problemlər var idi, açıqlamayacağam".
Həmçinin oxuyun
Mənbə: 1000 production
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.