Qaynar xətt:

(+99450) 247 90 86

Ayaqları tutulan “Toppuş bacı”: “Maddi yardıma ehtiyacım var”

2023/01/11/1673459342_1098143.jpg

ŞOU-BİZNES

407

11.01.2023, 21:47

"Səhhətim və maddi vəziyyətim çox ağırdır". 
 
OXU24.COM  xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. 
 
Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: 
 
"Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram". 
 
Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: "Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə yardım etmir".