Sağlam ürək üçün bunları edin!
14 Dekabr 2025, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1401
23.02.2024, 00:22
Vitaminlər sağlamlığımız üçün əvəzolunmazdır. İmmunitet sistemimizi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün vitaminlər həyatımızın çox əhəmiyyətli bir nöqtəsindədir.
Oxu24.com E-saglam.az-a istinadən xəbər verir ki, dəridə səpgilər, ağız ətrafında yara və çatlar, dodaqlarda qabıqlanma, halsızlıq, yorğunluq, əsəbilik, qarın ağrısı və ürəkbulanma, ishal və ya qəbizlik kimi bağırsaq problemləri, stress, əl və ayaqlarda uyuşma B vitamininin çatışmazlığından xəbər verir.
B vitamini çatışmazlığını necə aşkar etmək olar?
Hematoloq Aliihsan Gemici beyin, sinir, ürək, mədə, bağırsaq və əzələ funksiyalarında mühüm rolu olan B vitamini çatışmazlığının səbəb olduğu əlamətlər və əskikliyinə görə yarana biləcək xəstəliklər haqqında məlumat verib. Gemici, B vitamininin beyin, sinir, ürək, mədə, bağırsaq və əzələ funksiyalarında əhəmiyyətli rol oynadığını vurğulayıb.
B vitamini çatışmazlığında bədəndə görülən simptomları sıralayan Gemicinin sözlərinə görə, dəridə qaşınma, ağız ətrafında yara və çatlar, dodaqlarda pullanma, halsızlıq, əsəbilik, qarın ağrısı və ürəkbulanma, ishal və ya qəbizlik kimi bağırsaq problemləri, əllərdə və ayaqlarda uyuşma, stress vitamin çatışmazlığından xəbər verir.
B vitamini əskikliyi zamanı anadangəlmə anomaliyalar, nevroloji pozğunluqlar, ruhi sağlamlıq pozğunluqları (demans, depressiya), qan azlığı, hipertoniya, yuxusuzluq, ürək xəstəlikləri, iltihablı xəstəliklər və dəri xəstəlikləri meydana gələ bilər.
Həmçinin oxuyun
Hansı qidalarda B vitamini var?
B12 vitamini daha çox ət və süd məhsullarında, yəni heyvan mənşəli qidalarda olur. B7 və B9 vitaminləri meyvə-tərəvəzdən alınır. Qaraciyər, toyuq və qırmızı ət B vitamininin təbii mənbəyidir. Qırmızı ət və toyuqda B vitamininin demək olar ki, bütün növləri var. Soya südü kimi soya məhsulları, tuna və skumbriya kimi balıqlar, lobya və noxud kimi lobya növləri də B vitamini ilə zəngindir.
B12-dən başqa digər B vitaminlərinin suda həll olduğunu və bədəndə yığılmadığını bildirən Gemici deyib ki, vitaminlər bədənin özünü yeniləməsi, böyüməsi, inkişafı və enerji istehsal etməsi üçün vacibdir. Bədən, B vitaminlərini qidalardan ehtiyacı olduğu qədər alır və artıqlığı bədəndən çıxarır. Bu səbəblə B vitamini ilə zəngin qidaların pəhrizə daxil edilməsi sağlamlıq üçün çox vacibdir.
19:15 / 15 Dekabr 2025
9
18:43 / 15 Dekabr 2025
228
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
603
17:14 / 15 Dekabr 2025
69
17:08 / 15 Dekabr 2025
62
16:59 / 15 Dekabr 2025
156
16:49 / 15 Dekabr 2025
587
16:40 / 15 Dekabr 2025
129
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
98
15:55 / 15 Dekabr 2025
188
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
664
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2040
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
302
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.