Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
642
17.01.2025, 15:52
Artıq Azərbaycanda stomatoloji kabinetlərdə, kiçik stomotoloji klinikalarda diş çəkilməsi, implant kimi tibbi prosedurlara icazə verilməməsi ilə bağlı iddialar yayılıb.
Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilir. İddia olunur ki, həmin klinikalarda bundan sonra diş çəkilməsi və implant etdirmək mümkün olmayacaq. Sadalananların yalnız cərrahiyyə otağı və reanimasiya imkanları olan tibb ocaqlarında edilə biləcəyi bildirilir. Həmçinin kabinetlərdə kütləvi şəkildə diş çəkən və implant edən həkimlərin cərimələndiyi də deyilir.
Bu iddialara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “stomatoloji” iş üzrə tibbi xidmətin göstərilməsi sanitariya-gigiyena tələblərinə riayət olunmaqla tibbin bir sahəsi olaraq, tibbi praktiki fəaliyyət zamanı diş problemləri, onların müayinə, müalicə, korreksiya və profilaktikasına yönəlmiş, ağız boşluğundakı dişlərə müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları (bir sıra əməliyyatları) nəzərdə tutur.
.jpg)
Həmçinin oxuyun
“Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz”, - açıqlamada qeyd olunub.
Mərkəzdən, həmçinin bildirilib ki, yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir: “Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur. Aidiyyəti üzrə məsələdə lisenziya tələblərinə dair qaydalarda ciddi dəyişiklər olmayıb. Belə ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər (hüquqi və fiziki şəxslər) dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra etməsi mümkün deyil. Əks halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər”.
.jpg)
AEM-dən eyni zamanda qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müəyyən məhdudiyyətlər olsa da, konkret faktlara əsaslanan rəsmi müraciətlər, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda xidməti yoxlamaların keçirilməsi, uyğun olaraq da nəzarət tədbirlərinin həyata keçirilməsi sahibkar subyektlərinin məsuliyyətinin daha da artması və əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əsasdır. Vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.
14:28 / 13 Dekabr 2025
1
14:22 / 13 Dekabr 2025
9
14:12 / 13 Dekabr 2025
80
13:14 / 13 Dekabr 2025
380
13:07 / 13 Dekabr 2025
185
12:58 / 13 Dekabr 2025
104
12:16 / 13 Dekabr 2025
737
12:08 / 13 Dekabr 2025
86
11:44 / 13 Dekabr 2025
66
11:30 / 13 Dekabr 2025
74
11:09 / 13 Dekabr 2025
832
11:07 / 13 Dekabr 2025
375
10:25 / 13 Dekabr 2025
1051
09:15 / 13 Dekabr 2025
854
09:06 / 13 Dekabr 2025
533
08:45 / 13 Dekabr 2025
126
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
739
23:20 / 12 Dekabr 2025
664
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16132
22:05 / 12 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.