Sağlam ürək üçün bunları edin!
14 Dekabr 2025, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1157
19.02.2025, 13:45
Reyno sinromu (və ya Reyno xəstəliyi) zamanı kiçik kapilyarlarda spazm (sıxılma) əmələ gəlir ki, nəticədə bu yerdə qan dövranı kəskin pozulur.
Əsasən əllərdə olan kapilyarlar, bəzən isə çənə, dil, burun, qulaqlar, pəncələr kapilyarları zədələnir.
Reyno sindromu tutmaşəkilli xarakter daşıyır. Tutma zamanı zədələnmiş sahə (əsasən barmaqlar) soyuq olur, keyiyir, ağarır, daha sonra tədricən göyərir və ya qızarır, ağrı, ödem əmələ gəlir, nəssaslıq azalır. Tutma 1 dəqiqədən bir neçə saata kimi davam edə bilər. Belə xəstələrin əlləri hətta isti yay günlərində soyuq olur.
Reyno sindromu əksər hallarda qadınlarda inkişaf edir. Xəstəliyə əsasən 40 yaşından sonra təsadüf edilir.
Həmçinin oxuyun
Bəzən xəstəlik hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır. Bu halda buna "Reyno sindromu" deyilir. Xəstəlik müstəqil şəkildə inkişaf etdikdə onu "Reyno xəstəliyi" adlandırırlar. Xəstəliyin inkişafına əksər hallarda güclü soyuqlama təkan verir. Bəzən bunun səbəbi güclü emosional gərginlik və ya peşə faktorları (barmaqların tez-tez zədələnməsi, barmaqların həddən artıq yükləməsi və s.) səbəb ola bilər.
Reyno sindromu şəkərli diabet, qırmızı qurd eşənəyi, artrit, sklerodermiya, bəzi damar və qan və s. xəstəlikləri zamanı meydana çıxa bilər. Bəzi dərman preparatların qəbulu da Reyno sindromunun inkişafına təkan verə bilər.
Həm Reyno sindromu, həm də Reyno xəstəliyi özünü eyni simptomlarla büruzə verir. Xəstəlik mütləq müalicə olunmaldır. Əks halda zədələnmiş sahələrdə qan dövranının xroniki pozulması inkişaf edəcək. Bu isə qanqrena (toxumaların çürüməsi) və zədələnmiş sahənin amputasiyası ilə (kəsilməsi) nəticələnə bilər.
Xəstəliyin müalicəsi uzun illər ərzində davam edə bilər. Müalicə zamanı qan dövranı yaxşılaşdıran, qanı duruldan preparatlar və həmçinin fizioterapiya, massaj, psixoterapiya və s. istifadə olunur.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.