Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1925
19.02.2025, 18:35
Orqanizm üçün olduqca faydalı sayılan ət növlərindən biri – camış ətidir.
Əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Ölkəmizdə camışçılıqla qədim dövrdən bəri məşğul olurlar. Qeyd edək ki, camış əti insanlar tərəfindən mal ətindən sonra ikinci ən çox istehlak olunan qırmızı ət növü hesab olunur. Hətta ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən balanslı və qidalandırıcı, az yağlı diyetik ət növü olduğundan camış ətinin mütəmadi istehlakı tövsiyə edilir.
Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə “kasıb insanların zülalı” deyilir.
Camışlar daha çox qaba yemlərlə qidalandığından ətinin tərkibində yağların miqdarı mal ətinə nisbətən az olur. Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.), makro- və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir. Ətin tərkibində zülallar 21 %, yağlar 1.6 %, minerallar 1.5 % və karbohidratlar (qlikogen şəklində) 1 %-ə qədər təşkil edir. Camış ətinin tərkibində mövcud olan sadə zülallar (miozin, miogen və s.) ferment rolunu oynamaqla heyvan kəsildikdən sonra ətin yetişməsi prosesini sürətləndirir. Camış ətinin tünd qəhvəyi-qırmızı rəngi onun tərkibindəki mioqlobin zülalı, eləcə də əzələ toxumasında olan dəmir tərkibli birləşmələrlə izah edilir. Qeyd edək ki, dəmir tərkibli birləşmələr anemiyalarda böyük müalicəvi əhəmiyyət kəsb edir. Az dəyərli zülalların (elastin, kollagen) miqdarı camış ətinin tərkibində yüksək miqdarda deyildir. Camış ətindəki zülallar insan orqanizmi tərəfindən sintez olunmayan əvəzolunmaz aminturşuları ilə (histidin, izoleisin, leisin, lizin, metionin, fenilalanin, trionin, valin və triptofan) zəngindir. Tərkibində qiymətli zülalların çox olması sayəsində camış ətinin kaloriliyi 190 kkal/100q təşkil edir.
Camış ətinin tərkibində rast gəlinən yağlar (lipidlər) doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş turşulara miristin, palmitin və stearin turşularını, doymamışlara isə palmitolenin, olein, linol, linolen və araxidon turşularını aid etmək olar. Bu turşu kompleksi Omega-3 və Omega-6 kimi tanınır. Qeyd edək ki, zərərli lipid komponentlərinə aid olan xolesterolun miqdarı camış ətində yüksək deyildir (62 mqr/100qr). Tərkibində doymuş turşuların miqdarı az olduğundan camış ətinin istehlakı nəticəsində insan orqanizmində yağların piy toxuması şəklində toplanması baş vermir. Təbii otlaqlarda otlayan camışların ətinin tərkibində antioksidantların (ß-karotin və selen) miqdarı çox olur. Ümumiyyətlə, selen elementinin digər heyvan növləri ilə müqayisədə camış orqanizmi üçün fizioloji əhəmiyyəti böyükdür.
Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır:
Həmçinin oxuyun
- tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır;
- hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir;
- az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə olunur;
- orqanizmdə zərərli xolesterolun miqdarını azaltmaqla, piylənmənin qarşısını alır.
Oxu: Əhaliyə xəbərdarlıq edildi:Fevralın 20-21-də...
12:16 / 13 Dekabr 2025
19
12:08 / 13 Dekabr 2025
23
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
573
11:07 / 13 Dekabr 2025
253
10:25 / 13 Dekabr 2025
784
09:15 / 13 Dekabr 2025
748
09:06 / 13 Dekabr 2025
340
08:45 / 13 Dekabr 2025
117
08:37 / 13 Dekabr 2025
139
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1054
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13684
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2908
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2251
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.