Qaynar xətt:

(+99450) 247 90 86

Oynaq xəstəliyinin erkən əlamətləri açıqlandı

2021/04/03/1617430250_30fa7d85-bb15-3195-955d-3405d33e0a4b_850.png

TİBB

3604

03.04.2021, 10:14

Amerikanın Cərrah-Ortopedlər Akademiyasının mütəxəssisləri artritin – oynaq xəstəliyinin erkən əlamətlərini açıqlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Express” bildirib.

Mütəxəssislərin fikrincə, xəstəliyin birinci indikatoru küt ağrı hesab edilir.

"Bu ağrı tez-tez oynaqlarda uzun sürən qıcolma kimi artan stres dövrlərindən sonra ortaya çıxır", - deyə həkimlər izah ediblər.

Artritin yaxınlaşmasının başqa əsas əlaməti - oynaqlarda “yanma” hissidir. Bu ağrılı hislər səhər saatları üçün xarakterlər, ancaq xəstəliyin sonrakı mərhələlərində gecə saatlarında da narahat edə və hətta yuxudan oyanmağa gətirə bilər.