Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
3603
06.12.2021, 21:09
Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir.
Oxu24.com bu problemi aradan qaldırmaq üçün qan artıran qidaları təqdim edir:
1. Çuğundur - həm çiy, həm də bişmiş halda yemək olar. Salatını hazırlayıb yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir.
2. Dəmirlə zəngin qidaları menyunuza daxil etməlisiniz. Portağal, yumurta, alma, toyuq, qaysı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər qanazlığının qarşısını alacaq.
3. Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyin. B12 ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd, yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qanazlığının çarəsi ola bilər.
4. Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, balıq da qan artıran qidalar sırasındadır.
Qan orqanizm boyu vitamin, mineral və bioloji aktiv maddələri daşıyır. Vaxt keçdikcə qanda müxtəlif ziyanlı maddələr yığıla bilər.
Bəzi xalq təbabəti vasitələrinin köməyi ilə qanı təmizləmək və cavanlaşdırmaq mümkündür. Tanınmış rusiyalı diyetoloq Mariya Malışeva bu məqsədlə istifadə olunan bəzi təbii vasitələr haqqında danışıb.
Həmçinin oxuyun
Adi su
Orqanimi və o cümlədən qanı ən yaxşı təmizlyən təbii vasitə adi sudur. Diyetoloq suya 1 dilim limon əlavə etməyi tövsiyə edir. Limon həmçinin orqanizmin daxili mühitini qələviləşdirir ki, bu da bir çox xəstəliklərin və o cümlədən xərçəngin profilaktikasıdır.
İtburnu dəmləməsi
Növbəti vasitə itburnu dəmləməsidir. İtburnu dəmləməsi qanı yaxşı təmiləyir, orqanizmi vitaminlərlə təmin edir. Hər gün 1-2 fincan (100-200 ml) itburnu çayı içmək çox faydalıdır.
Cəfəri dəmləməsi
1 x.q. xırda doğranmış cəfərinin üzərinə 1 stəkan qaynar su tökün, yarım saat dəmləyin, süzün, adi çay kimi için.
Sarıkök çayı
Yarım çay qaşığı təbii sarıkökü 1 stəkan suda dəmləyin və çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bir qədər bal əlavə etmək olar.
Tərəvəz salatlarının gündəlik istehlakı da qana çox yaxşı təsir edir, qanı təmizləyir. Ən faydalı tərəvəzlər: kök, çuğundur, kələmin bütün növləri, sarımsaq. Salatlara göyərti, limon şirəsi və bir qədər zeytun yağı əlavə etmək yaxşıdır.
21:58 / 13 Dekabr 2025
1
21:34 / 13 Dekabr 2025
167
21:21 / 13 Dekabr 2025
34
21:19 / 13 Dekabr 2025
37
21:15 / 13 Dekabr 2025
36
21:02 / 13 Dekabr 2025
39
20:49 / 13 Dekabr 2025
216
20:44 / 13 Dekabr 2025
50
20:36 / 13 Dekabr 2025
50
20:26 / 13 Dekabr 2025
58
20:01 / 13 Dekabr 2025
218
19:53 / 13 Dekabr 2025
68
19:21 / 13 Dekabr 2025
329
19:16 / 13 Dekabr 2025
100
18:32 / 13 Dekabr 2025
951
18:12 / 13 Dekabr 2025
159
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1583
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
332
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2837
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.