Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1424
02.01.2023, 21:11
Yaz, yay aylarında həyətyanı ərazilərdə, küçədə və parklarda tez-tez rastlaşdığımız gicitkən bitkisi. Toxunarkən dəridə səpki və qaşıntı yaratdığı üçün əksər insan onu görəndə yaxın belə durmur. Amma bu bitkidən istifadə edib, faydasını görənlər onu harada görsələr, yığıb daşıyırlar.
Bəs siz, gicitkəndən heç istifadə etmisizmi? Ümumityyətlə onun faydası haqda məlumatınız varmı? Aşağıda yerləşən şərh bölməsində fikirlərinizi gözləyirəm.
Gicitkən əsrlərlə xalq təbabətində geniş istifadə olunub. Onun tərkibi bir Mendeleyev cədvəlidir” və ya “Allah bütün vitamin və mineralları bu bitkinin içinə qoyub” – desək, səhv etmərik.
Respublikamızın bir çox rayonlarında bitkinin təzə, tünd-yaşıl yarpaqları azca ovulub duzla yeyilir. Ondan kükü, qutab, kətə, göyərti şorbası və müxtəlif xörəklər bişirilir. Bitkinin cavan yarpaq və zoğuna soğan, istiot, kişniş, qoz, yağ və azca sirkə əlavə edilərək xəmir xörəklərinə qatılır. Azərbaycanın bir çox rayonlarında gicitkənin yarpaqlarını qurudur, ona azca şəkər qatıb saxlayır və yeri gəldikcə ədviyyə kimi istiafdə edirlər.
İstər xarici ölkələrdə, istərsə də respublikamızda gicitkən dərman bitkisi kimi işlədilir. Polşa xalq təbabətində ondan qankəsici kimi, qara ciyər xəstəliklərində, oynaqlarda baş verən revmatizm əleyhinə və saçın tökülməsinə qarşı geniş istifadə olunur.
Təzə gicitkən ətçəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podaqrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə, gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Bunu ekzema və dəmrovların üzərinə qoyanda dəri zədələnməsi əhəmiyyətli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir.
Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkərlə qarışığı böyrək və öd yollarında çoxdan kök salıb bərkimiş daşların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və duzlaşma kimi xəstəliklərin müalicəsində məlhəm kimi istifadə edilir.
Əlinizə rezin əlcək geyinib gicitkəni dərin, suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır.Təzə yığılmış yarpaqları yuyub şirəçəkəndən keçirməkdə olar bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz. Bu şirədən gündə 2 dəfə, yeməkdən əvvəl 1 stəkan için. Bədəndə çatmayan bütün vitamin və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr üçün çox faydalıdır. Təzə gicitkən şirəsini 10 gün içidikdən sonra 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Ümumiyyətlə, qanınızda laxtalanma varsa, təzə gicitkəndən istifadə etmək tövsiyyə edilmir. Onun yerinə bu bitkinin qurumuş halından istifadə edə bilərsiz. Çünki qurumuş gicitkən qanda laxtalanma yaratmır.
Gicitkəndən hazırlanan preparatlardan uşaqlıqda və babasil xəstəliklərində baş verən qanaxmalarda, mədə yaralarında, vitamin çatışmazlığında geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, K vitaminləri, karotin və xlorofil birləşmələridir. K vitamini qankəsicidir. Xlorofıl orqanizmin həyat fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, uşaqlığın tonusunu artırır, mədə-bağırsaq, ürək-damar sistemlərinin normal işləməsinə şərait yaradır.
- Aparılan araşdırmalarda bu otun allergik xəstəliklərə qarşı müsbət effekti olduğu ortaya çıxıb. Tez-tez allergik reaksiyalar verənlər üçün mütəxəssislər bu otun çayından istifadə etməyi məsləhət görür.
- Nəfəs problemlərinə də təsiri var. Xüsusilə, mövsümlə bağlı nəfəs yollarında yaranan problemləri və qrip kimi xəstəliklərin riskini azaldır.
Həmçinin oxuyun
12:16 / 13 Dekabr 2025
34
12:08 / 13 Dekabr 2025
25
11:44 / 13 Dekabr 2025
34
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
582
11:07 / 13 Dekabr 2025
256
10:25 / 13 Dekabr 2025
797
09:15 / 13 Dekabr 2025
752
09:06 / 13 Dekabr 2025
342
08:45 / 13 Dekabr 2025
118
08:37 / 13 Dekabr 2025
140
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1055
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
625
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13747
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2930
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1147
19:20 / 12 Dekabr 2025
2253
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.