Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1231
11.03.2023, 20:23
Böyrəklərinizdə problem varsa bu 4 əlamətə diqqət!
Əminəm ki təqdim edəcəyimiz bu video çox insanın həyatını xilas edəcək. Bu gün dünyada insanların əksəriyyəti xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Bu xəstəlik ilkin dövrlərdə özünü biruzə vermir. İnsanlar xəstəliyin sonuncu mərhələlərində böyrəkdə problem olduğunu hiss edirlər. Bu da bəzən çox gec olur...
Yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkirsinizə, yaxud ailənizdə genetik böyrək xəstəlikləri varsa, üstəlik, yaşınız 60-ı keçibsə, hər il mütəmadi olaraq böyrəklərinizi yoxlatmalısınız. Bəs böyrəkdə problem olduğunu göstərənlər əlamətlər hansılardır?
Xroniki böyrək xəstəliyinin 10 əlaməti bunlardır:
1. Özünüzü çox yorğun hiss edirsinizsə, sanki, enerjiniz qəfildən azalıbsa, yaxud diqqətinizi toplamaqda çətinlik çəkirsinizsə, böyrəkdən şübhələnmək haqqınız var. Böyrəklərin iş qabiliyyəti azalanda orqanizmdə kirlilik miqdarı artır, yəni, bədən toksinlərdən yetəri qədər təmizlənə bilmir. Yorğunluğun, qəfildən əl-ayağın tutmamasının, diqqətin dağılmasının əsas səbəblərindən biri də budur. Böyrək xəstəliyinin yaratdığı anemiya da yorğunluğa, halsızlığa gətirib çıxara bilir.
2. Yuxusuzluq... Böyrəklər öz filtrləmə vəzifəsini lazımi şəkildə yerinə yetirməsə sidiklə xaric olan zərərli maddələr qanda qalır. Bu da yuxusuzluğa səbəb olur. Xroniki böyrək xəstəliyi ilə köklük arasında da bağ var. “Yuxu apnesi” adlanan problem normal insanlara nisbətən xroniki böyrək xəstəliyi olan insanlarda daha çox müşahidə edilir.
3. Dəridəki quruluq və qaşınmalar... Sağlam böyrəklər orqanizmdə bir çox önəmli işləri yerinə yetirirlər:
-artıq mayeni və lazımsız maddələri xaric edirlər;
-qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edirlər;
- sümüklərin güclü qalmasını təmin edirlər;
-orqanizmin mineral balansını qoruyurlar;
Həmçinin oxuyun
Əgər böyrəklər qandakı mineral və qida balansını qoruya bilməsə quru və qaşınan dəri problemi ortaya çıxar. Bu da, öz növbəsində, xroniki böyrək xəstəliyinin müşayiətilə yaranan mineral və sümük problemlərinin xəbərçisi sayılır.
4. Sidiyə tez-tez getmək... Xüsusilə, gecələr tez-tez sidiyə gedirsinizsə bu, böyrək xəstəliyinin bir işarəti ola bilər. Böyrəklərdəki filtrlərin zədələnməsi sidiyə getmək hissini artırır. Bəzən bu hal sidik yolları iltihabından və kişilərdə prostat böyüməsindən qaynaqlana bilər.
5. Sidikdə qan olması... Sağlam böyrəklər sidik vasitəsilə toksinləri və lazımsız maddələri orqanizmdən xaric edir. Amma qan hüceyrələrini orqanizmdə saxlayır. Böyrəklərdəki filtrlər xəsarət alanda isə qan hüceyrələri sidiyə sızır. Qeyd etməliyəm ki, sidikdə qan görülməsi təkcə xroniki böyrək xəstəliyinin işarəti deyil. Həmçinin, xərçəng xəstəliyi, böyrək daşları, böyrəkdə və ya sidik yollarında olan iltihablanma zamanı da sidikdə qan görülməsi baş verə bilər.
6. Köpüklənən sidik... Xüsusilə, unitaza dəfələrlə su buraxmağınızı gərəkdirəcək qədər köpüklü sidik tərkibindəki bol miqdarda proteindən xəbər verir. Bu köpükləri yaradan sidiyin tərkibindəki albumindir.
7. Gözlərin ətrafında şişkinlik... Sidikdəki protein böyrəklərdəki xəstəliyin ilkin işarətlərindəndir. Yəni, böyrək lazımi səviyyədə işləmir ki, protein sidiyə sızır. Gözlərin ətrafındakı şişkinlik böyrəklərin həddən artıq proteini orqanizmdə saxlamaq əvəzinə sidiyə sızdırmasından yaranır.
8. Topuqların və ayaqların şişməsi... Böyrəklərin iş prosesindəki azalma orqanizmdə natirum yığılmasına səbəb olur. Natrium isə həmişə orqanizmin uc nöqtələrində özünə yer edir. Bundan əlavə, unutmaq lazım deyil ki, əl və ayaq barmaqlarındakı şişkinlik ürək və qan xəstəliklərinin, qaraciyər probleminin, xroniki ayaq-damar xəstəliklərinin də işarəti ola bilər.
9. Azalan iştah... Yaxşı işləməyən böyrək səbəbilə orqanizmdə toksinlərin miqdarı artır. Bu da azalan iştahın səbəblərindən biri ola bilir.
10. Əzələlərdəki dözülməz ağrılar... Orqanizmdəki mineral və maye balansının pozulması böyrəklərin düzgün işləməməsinin nəticəsidir. Məsələn; kalsium çatışmamazlığı və nizamlanmayan fosfor əzələlərdəki səbəbsiz ağrıların yaranmasına təsir edir.
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:41 / 12 Dekabr 2025
2152
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.