Onkoloq XƏBƏRDARLIQ EDİR: Xərçəng xəstəliyinə tutulduğumuzu necə bilməliyik?
13 Dekabr 2025, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1705
01.09.2023, 23:47
Limonlu suyun faydalarını bilməyən yoxdur. Lakin düzgün şəkildə içmədikdə limon suyu nəinki fayda, ziyan verə bilir. Bu gün sizə limon suyunun içilmə qaydası barədə məlumat verəcəm. Limondan çox fayda almaq istiyirsizsə, bu videomuzu mütləq sona kimi izləyin.
Limon suyunun ən önəmli özəlliyi böyrəklərdə daş əmələ gəlməsinə mane olmaqdır. Bəli, limondakı natrium sitrat maddəsi böyrəklərdə kalsium oksalat daşlarının yaranmasına imkan vermir. Nə qədər çox limon suyu içsəniz, böyrəklərinizdə daş yaranma ehtimalı bir o qədər azalacaq. Limonlu su C vitamini ilə də zəngindir. Lakin burada söhbət marketlərdə satılan, qablaşdırılmış limon sularından getmir. Həmin sular qablaşdırılaran zaman yüksək istiliyə məruz qalır. Bu da limonun tərkibindəki c vitaminini öldürür.
Bu gün marketlərdə satılan, tərkibində c vitamini olduğu göstərilən şirin sualara inanmayın. Çünki bəzən istehsalçılar meyvə sularına askorbin turşusu əlavə edirlər. Bu turşu tam mənasilə C vitamini deyil. Limondan C vitamini almaq niyyətindəsinizsə, 3 üsulu var:
-limonun suyunu sıxıb için;
-limon dilimlərini təmiz suda saxladın, sonra suyu için;
-limonu blenderdən keçirin, alınan məhlulu için;
C vitamini çatışmazlığının ən geniş yayılmış simptomu diş əti qanamasıdır. Dişlərinizi fırçaladığınız zaman qan müşahidə edirsinizsə, C vitamini çatışmazlığından şübhələnməkdə haqlısınız. Başqa bir simptom isə yorğunluqdur.
Limon suyunun özəlliklərindən biri də, onun antihistamin olaraq, yəni iltihab əleyhinə çıxış etməsidir. Buna görə, allergiyalar zamanı simptomların azalmasına müsbət təsir göstərir. Bəzən bəlğəmlər orqanizmin verdiyi allergik reaksiyanın nəticəsi olur. Bu iltihab yığını orqanizmə yorğunluq verən zəhər rolundadır. Və limon suyu sayəsində bəlğəmdən azad olmaq mümkündür.
Limon suyu göbələk əleyhinə vasitədir. Kandida, digər növ göbələklər, bakteriyalar zamanı infeksiyaları azaldır. Təbii antibiotik olan limon suyu, həmçinin, sidik turşusunun əmələ gəlməsinə mane olur. Podaqra xəstəliyinin müxtəlif növlərində simptomların azalmasına kömək edir.
Bəzi podaqra növlərində ayaq baş barmaqlarında yığılan sidik turşusu deyil, oksalatlar olur. Bu situasiyanın adı “yalançı podaqra”dır. Natrium sitrat bu vəziyyətin qarşısını almaq üçün ən ideal vasitədir. Limon suyu qəbul edilən dəmirin orqanizm tərəfindən mənimsənilməsinə də kömək edir.
İndi isə keçək yol verilən 4 səhvə...
Yeməkdən qabaq limonlu su içməməlisiniz. Çünki natrium sitrat orqanizmə girən kimi qələviyə çevrilir. Ardınca da xlorid turşusunu qələviləşdirir ki, bu, arzuolunan deyil. Ona görə ki, bu zaman həzm prosesi yavaşlayır. Ən yaxşısı, limonlu suyu yeməkdən bir az qabaq deyil, 1-1,5 saat əvvəl için.
Limon suyunu olduğu kimi içdiyinizdə, nə qədər sürətli içsəniz belə, dişləriniz onun tərkibindəki turşuların təmasına məruz qalır. Limon suyunun pH-ını düşünün: 2-3 arasındadır. Bu xüsusiyyəti ilə xlorid turşusuna bənzəyir. Müntəzəm olaraq limon suyu içsəniz, dişlərinizin minası zədələnir. Yaxşı olar ki, limon suyunu adi içməli suya qatın və boru vasitəsilə için. Beləcə, içkinin dişlərlə təması azalır.
Mədə xorası və ya mədədə hər hansı iltihablanma varsa, limon suyu içməkdən ehtiyat etməlisiniz. Ümumiyyətlə, bu situasiyalarda turşular mənfi təsir göstərir.
Həmçinin oxuyun
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.