Tanınmış həkim vəfat etdi
17 Mart 2025, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
1348
10.12.2023, 23:42
Demək olar ki, hər 3 insandan biri tez-tez başgicəllənməsi ilə üz-üzə qalır. Lakin bu vəziyyəti yaradan səbəblər haqqında çox az adam məlumatlıdır. Bu gün sizə başgicəllənməsinin ən geniş yayılmış 11 səbəbindən danışacağam.
Susuzluq və maye itirilməsi başgicəllənməsinin ən geniş yayılmış səbəblərindəndir. Əgər qəbul etdiyimiz mayenin miqdarı itirdiyimiz mayenin miqdarından azdırsa, bədənimiz susuzluq çəkir. Xüsusilə, isti havalarda başgicəllənməsinə çox rast gəlinir;
Təzyiqin aşağı olması. Aşağı təzyiqin insanın ümumi vəziyyətinə mənfi təsiri var. Bu hal insanlar arasında daha geniş yayılıb. Məsələn; oturduğunuz yerdən anidən ayağa qalxanda başgicəllənməsi olur. Səbəbsiz yerə tez-tez təzyiqiniz düşürsə, bunu həkiminizə bildirin. Çünki aşağı təzyiq bəzən hansısa ciddi xəstəliyin xəbərçisi ola bilir;
Panika və əndişə. Həyəcan pozğunluğu və panika, nigaranlıq da başgicəllənməsinə gətirib çıxara bilir. Bəzən aldığımız hansısa pis xəbər buna səbəb ola bilir. Sağlamlığınız üçün ruhi sabitliyinizi qorumalısınız;
Yuxusuzluq. Adətən, bu səbəb o qədər də ciddiyə alınmır. Lakin unutmaq olmaz ki, 7 saatdan az yatırsınızsa, başgicəllənməsinin olması labüddür. Yuxusuzluq nəinki baş gicəllənməsi, bir sıra psixoloji və fiziki problemlərə də səbəb olur. Ona görə yuxu rejiminizə diqqət edin.
Qanda şəkərin səviyyəsinin aşağı düşməsi. Bu hal baş verərsə, xüsusilə, insulin müqaviməti varsa, yeməkdən əvvəl, yaxud sonra qanda şəkərin səviyyəsində qəfil dəyişikliklər olur. Nəticədə, başgicəllənməsi yaşanır. Diabet xəstəsisinizsə, qanda şəkərin səviyyəsini daim nəzarətdə saxlamaq üçün həkim nəzarətində olmalısınız. Yaxud pəhriz saxlayırsınızsa, baş gicəllənməsi
Daxili qulaq problemləri. Bilirik ki, vestibulyar aparat müvazinətimizi tənzimləyir. Daxili qulağın labirintində yerləşən vestibulyar aparatda baş verən cüzi dəyişiklik belə, başgicəllənməsi yaradır;
Beyin damarlarındakı tıxanıqlıq. Boyunun hər iki tərəfindən yuxarı çıxan damarlar beyini qidalandıran damarlardır. Bu damarlarda tıxanıqlıq olanda beyin qidalana bilmir və başgicəllənmə yaşanır;
Qan azlığı. Qan azlığı orqanizmin oksigen dövriyyəsini pozur. Bəli, təzyiqin aşağı düşməsi, başgicəllənməsi oksigen aclığı çəkən beyinin üsyanıdır;
Həmçinin oxuyun
İnfeksiyalar. Xüsusilə, tənəffüs yollarındakı, bağırsaqlardakı infeksiyalar orqanizmdən həddən artıq mayenin xaric olunmasının səbəbidir. Susuzluq çəkən orqanizmdə başgicəllənmə olması təbiidir. Orqanizmin hansısa bir hissəsində infeksiya varsa, başgicəllənməsinin hər an baş verə biləcəyinə hazır olun;
Siqaret. Təəccübləndiniz? Siqaretdə nikotindən başqa, orqanizmi təhdid edən bir çox maddə var. Dayanmadan, fasilə vermədən çəkilən siqaret kəskin hipotenziyaya səbəb olur. Bəzən deyirlər: “Yayın istisiydi. Elə siqaret əlimdəcə özümdən getmişəm”. Bu kimi durumlarda təzyiq kəskin şəkildə aşağı enir. Ən azı, 2-3 dəfə bu halı yaşayanlar siqareti tərgitsələr, yaxşıdır;
İnfarkt və ürək çatışmazlığı. Əslində, bunlar başgicəllənməsinin səbəbləri deyil, nəticələridir desəm, daha doğru olar. Sadəcə, demək istədiyim odur ki, hər iki halın baş verməsindən qısa zaman öncə başgicəllənməsi yaşanır;
Gördüyünüz kimi, başgicəllənməsi laqeyd yanaşılası hal deyil. Sadaladığım simptomlardan, ən azı, biri varsa, həkimə getməyi təxirə salmayın.
15:56 / 19 Mart 2025
Nazirlər Kabineti qərar verib
1
15:53 / 19 Mart 2025
Politico: Trampın yaxın ətrafı Zelenskinin əleyhdarları ilə gizli danışıqlar aparıb
3
15:51 / 19 Mart 2025
Müəllimlərə maaşlarla bağlı xəbər
3
15:48 / 19 Mart 2025
Medvedev Ukrayna üzrə dialoqun təmin edilməsində əsas rolu ABŞ-a həvalə edib
7
15:43 / 19 Mart 2025
Quş qripi bu məhsulda sağ qalırmış - FOTO
7
15:20 / 19 Mart 2025
Ramazan tədbirində bədbəxt HADİSƏ - Yaralılar var - VİDEO
20
15:01 / 19 Mart 2025
Üzeyir Mehdizadənin qayınatası görün kim imiş
761
14:59 / 19 Mart 2025
İran Əxlaq Polisini ləğv edəcək
32
14:54 / 19 Mart 2025
Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə nələr ola bilər?
44
14:30 / 19 Mart 2025
"Azneft"də quraşdırılan stəkan tənqid olundu — FOTO
166
14:27 / 19 Mart 2025
Çin Tramp-Putin danışıqları haqqında nə deyib?
41
14:25 / 19 Mart 2025
Zelenski müharibənin necə bitəcəyi haqqında danışıb
48
14:21 / 19 Mart 2025
Qızıl unitaz oğurlandı
47
14:01 / 19 Mart 2025
Ağır qəza baş verib: Ölənlər var
493
13:57 / 19 Mart 2025
Moldovalı deputat Rusiya vətəndaşlığını qəbul edib
47
13:54 / 19 Mart 2025
Bu göyərtini - Hər gün yeyin FOTO
45
13:51 / 19 Mart 2025
Britaniya xüsusi təyinatlıları Ukrayna üzərində həyəcan təbili çalıb
51
13:26 / 19 Mart 2025
ABŞ məhkəməsi Trampa qarşı çıxdı
52
13:20 / 19 Mart 2025
Qərb ABŞ-ın bir qərarı ilə Rusiyanın qalib gələcəyini bəyan etdi
69
13:18 / 19 Mart 2025
Prezident sərəncam imzaladı
53
13:10 / 19 Mart 2025
"Aztelekom"da kadr dəyişikliyi olub
74
12:49 / 19 Mart 2025
SON DƏQİQƏ! Kəmaləddin Heydərov mühüm əmrlər imzaladı
569
12:47 / 19 Mart 2025
İsrail HƏMAS gəmilərinə hücum edib
50
12:40 / 19 Mart 2025
Lirə kəskin ucuzlaşdı
56
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.