DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
495
15.05.2025, 13:06
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, N.Rəhimova 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışıb.
Həmin vaxt ansambl cəbhə bölgəsinə, yəni döyüşlərin getdiyi ərazilərə rəsmi olaraq ezam edilib. Kollektiv şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib ki, bu da mənəvi-psixoloji təminatın bir növüdür.
Vətən müharibəsi bitəndən sonra isə digər müharibə iştirakçıları kimi, N.Rəhimova da kollektivin digər üzvləri ilə birlikdə müharibə dövründəki fəaliyyətini əks etdirən müvafiq sənədlərini aidiyyəti quruma təqdim edib və Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, onlara veteranlıq verilməsi ilə bağlı sərəncam imzalanıb.
Məsələ ilə bağlı Nigar Rəhimovanın köməkçisi bir neçə gün öncə Musavat.com-a açıqlama verib: “Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.
Məsələni müzakirəyə çıxaranların çoxu Nigar Rəhimovanı tanımadıqlarını vurğulayırlar.
"Qafqazinfo" müğənni barədə araşdırma aparıb.
Bildirilir ki, onun daha çox şadlıq məclislərində iştirakını əks etdirən videolar paylaşılıb. Müğənni eyni zamanda III “Muğam televiziya müsabiqəsi 2011”in iştirakçısı da olub. Sosial şəbəkələrdə yayılan məlumata görə isə N.Rəhimova həm də Azərbaycan Silahlı Qüvvələrinin solistidir. Bununla bağlı rəsmi açıqlama verilməyib.
Həmçinin oxuyun
İfaçı öz yutub kanalında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşısında oxuduğu mahnını da paylaşıb. O, illər əvvəl bu video ilə də gündəmə gəlibmiş.
N.Rəhimova həm də 2020-ci ildə karantin günlərində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq “Yaşa Azərbaycan” mahnısını ifa edən müğənnilərin arasında olub.
Bəs “Vətən müharibəsi iştirakçısı” medalı kimlərə verilir?
“Vətən müharibəsi iştirakçısı” medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlara sorğu göndərilib.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.