Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1798
21.05.2025, 17:31
"Azercell" şirkətinin maliyyə hesabatlarını gizli saxlaması müəyyən suallara səbəb olub.Ölkədə kifayət qədər baha xidmət göstərən operator olan "Azercell" çoxsaylı müraciətlərə və şikayətlərə baxmayaraq maliyyə hesabatı vermir.
Oxu24.com xəbər verir ki, şirkətdə baş verənlərlə bağlı ekspert İlkin Məmmədkərimov saytımıza öz fikirlərini açıqlayıb.Onun sözlərinə görə ,"Azercell"lə bağlı bütün şikayətlərin kökündə "Azercell"-in özəlləşdirilməsi məsələsi dayanır.
"Ötən ilin Dekabr ayında "Azercell"in 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamaması məsələsini ictimailəşdirmişdim. Ötən il müxtəlif aylarda bununla bağlı call center-ə müraciət etsəm də, heç bir geridönüş edilmirdi .Operatorlar yəqinki hesabat yaxın vaxtlarda sayta qoyulacaq məlumatını verirdi.
Nəhayət Dekabr ayında məsələni ictimailəşdirdim. Əslində 2022-ci ildə də şirkət maliyyə hesabatını biraz gec açıqlamışdı.
Həmin vaxt "Azercell"-ə müraciət etdikdə Vəfa adlı xanım mənimlə əlaqə saxlayaraq: "İlkin bəy, narahat olmayın hesablama gedir yaxın vaxtlarda hesabat sayta qoyulacaq" məlumatını vermişdi.
Aprel ayında şirkət maliyyə hesabatını sayta qoymuşdu.
İndi isə mən və məndən öncədə mətbuatın şirkətin maliyyə hesabatını gizlətməsi məsələsini gündəmə gətirməsindən sonra şirkət nəyinki 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamadı indiyədək açıqladığı 1996-cı ildən 2022-ci ilə qədər olan bütün maliyyə hesabatlarını saytdan sildilər.
Mənim şirkətə yazılı şəkildə etdiyim müraciətə isə: "Maliyyə hesabatının açıqlanması nəzərdə tutulmayıb" cavabını verdilər.
Əslində şirkətin maliyyə hesabatlarını gizlətməsinin səbəbi mətbuatın şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsidir.
Məlum olduğu kimi şirkətin əvvəlki səhmdarı TeliaSonera Özbəkistandakı korrupsiya qalmaqalından sonra 2015-ci ildə Avrasiya regionunu tərk edəcəyini açıqlamışdı və Azercell 3 il sərmayəsiz qaldığı üçün zərərlə çalışmağa başlamışdı.
Həmin vaxt Azercell-in xidmət səviyyəsi və keyfiyyəti geriləmiş, Müştəri Xidmətlərinin çoxu bağlanmış, şirkət 60-dan çox işçisini ixtisar etmək məcburiyyətində qalmışdı.
Nəhayət 2018-ci ilin mart ayında TeliaSonera-nın Azercell-dəki 51%-lik səhmlərini 222,5 milyon manata Rabitə Nazirliyinə məxsus AzinTelecom şirkəti almışdır.
Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, şirkət mənfəətlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşdiriləcək.
Həmçinin oxuyun
Görünür,Azercell artıq çoxdan gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra mətbuatın haqlı olaraq zaman-zaman şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsindən sonra narahat olub.
Şirkətin mənfəətlə fəaliyyət göstərdiyini gizlətmək üçün şirkət son 2 ilin maliyyə hesabatını açıqlamaqdan imtina etdi və əvvəl açıqladığı bütün maliyyə hesabatlarını saytdan sildilər",-deyə ekspert qeyd edir.
Rabitə Nazirliyi Azercell-i niyə özəlləşdirmək istəmir?
Ekspert "Azercell" şirkətinin təqdim etdiyi internet paketlərinin qiymətlərindən və onların texniki keyfiyyətlərindən də söz açıb.
"TeliaSonera-nın səhmlərini satdığı digər ölkələrdə,Qazaxıstan dövləti Qətər şirkətinə, Gürcüstan höküməti isə Avropa şirkətinə çoxdan satıblar.
Bizdə isə 7 ildən çoxdur ki, Rabitə Nazirliyi Azercell-i yenidən özəlləşdirmək istəmir.
Əslində Azercell-lə bağlı bütün şikayətlərin kökündə Azercell-in özəlləşdirilməsi məsələsi dayanır.
Yəni mobil rabitə sahəsində rəqabət mühitini gücləndirmək üçün Azercell mütləq təcili olaraq özəlləşdirilməli və bazarda mobil operator sayı artırılmalıdır.
Məlum olduğu kimi bir neçə ildir mobil rabitə sahəsində keyfiyyət və xidmət səviyyəsi bərbad vəziyyətə düşüb, qiymətlər isə durmadan artır.
Azercell-də aylıq abunə haqqı olmayan bir dənədə olsun tarif paketi yoxdur.
Kütləvi şəkildə şikayətlərə baxmayaraq şirkət yaşlı nəsili və internetdən istifadə etməyən təbəqəni nəzərə almayaraq Azercellim, Bölge, Gencsim, Her Yere, Bizimkiler tarif paketlərində 25 Fevral tarixindən etibarən aylıq 2 AZN müqabilində 25 şəbəkədaxili dəqiqə və 250 MB internet paketi təqdim edir. Bundan başqa digər mobil operatorlardan fərqli olaraq Azercell abunəçilərinə şəbəkədaxili danışıq üçün belə rahat danışıq imkanı verən tarif paketi istifadəyə vermir.
Mobil Nömrələrin Daşınması xidməti ilə bağlı xüsusi tarif paketləri və böyük həcmdə həftəlik internet paketləri mövcud deyil.
Bakı və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində 4G şəbəkəsində internetin sürəti 10-20 Mb/s arası dəyişir digər mobil operatorlarda isə bu göstərici 70-90 Mb/s arası dəyişir.
Ən acınacaqlısı isə call center-ə bununla bağlı şikayət etdikdə operatorlar bununla bağlı heç bir problem görmürlər. Yəni Azercell-ə görə 4G şəbəsində 10-20 Mb/s "normal" göstəricidir.
Halbuki qiymətləri müqayisə etdikdə Azercell ölkənin ən bahalı mobil operatorudur buna baxmayaraq xidmət səviyyəsi və keyfiyyət 0-dır.",-deyə o bildirib.
Miri Məcidli
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.