Dünyanın ən çətin nöqtəsinə çatdılar - Tarixi səyahət 2,5 il çəkdi
14 Dekabr 2025, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4893
23.05.2025, 21:39
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.
Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər – o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur.
Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:
“Yaşayış minimumu haqqında” Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır”.
Həmçinin oxuyun
Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.
"Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir”.
Aydın Hüseynov Yaşayış minimumu haqqında” qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq.
Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında – müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq.
14:08 / 14 Dekabr 2025
21
13:58 / 14 Dekabr 2025
18
13:27 / 14 Dekabr 2025
35
13:18 / 14 Dekabr 2025
36
13:09 / 14 Dekabr 2025
38
12:54 / 14 Dekabr 2025
254
12:18 / 14 Dekabr 2025
446
12:06 / 14 Dekabr 2025
971
11:38 / 14 Dekabr 2025
51
11:30 / 14 Dekabr 2025
578
11:22 / 14 Dekabr 2025
34
10:43 / 14 Dekabr 2025
882
10:33 / 14 Dekabr 2025
84
10:20 / 14 Dekabr 2025
76
09:40 / 14 Dekabr 2025
77
09:15 / 14 Dekabr 2025
224
08:58 / 14 Dekabr 2025
152
08:46 / 14 Dekabr 2025
207
08:43 / 14 Dekabr 2025
76
01:21 / 14 Dekabr 2025
1499
00:52 / 14 Dekabr 2025
1127
00:43 / 14 Dekabr 2025
188
00:04 / 14 Dekabr 2025
1776
23:47 / 13 Dekabr 2025
1935
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.