Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda orta əməkhaqqı 6 %-ə yaxın artıb 

2025/01/15/1736929593_manattt.jpg

CƏMİYYƏT

137

29.05.2025, 10:37

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 303,2 manat təşkil edib.

Bu barədə Oxu24.com-a  Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.