Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
13 Dekabr 2025, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
171
29.05.2025, 15:00
“ƏDV ilə vurduğum pulları kommunallara ödəyirdim, ancaq blok qoyuldu”.
Oxu24.com xəbər verir ki, bu barədə feysbukda “Hüquqşünaslar” qrupunda kuryerlərdən biri paylaşım edib.
O bildirib ki, müştərilərin ödəniş qəbzlərinin davamlı ƏDV-sini yüklədiyi üçün indi prosesi təkrarlamasına qadağa qoyulub: “Bəzən elə olur ki, müştərilər qəbzi istəmir, bu halda ƏDV-ləri öz kartıma yükləyirəm. Aya 40-50 manat toplanır, bununla kommunallarımı ödəyirəm. Ancaq 1 həftədir ki, qəbzləri yükləmək mümkün olmur. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmişəm. Qurumdan bildirildi ki, buna səbəb aylıq qazancımın ödənişləri qarşılamamasıdır”.
Sözügedən paylaşıma vətəndaşlar da münasibət bildirib. Onlar kuryerin cərimələnməsi kimi halın baş tuta biləcəyi ehtimalını vurğulayıblar. Bəzi istifadəçilər isə qeyd edib ki, bir başqasının ödəniş qəbzindən ƏDV yükləmək artıq qadağan olunub.
Həmçinin oxuyun
Şəxsin başqasının ödəniş qəbzindən Əlavə Dəyər Vergisini (ƏDV) vurması ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir: “Bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar”.
Həmçinin qeyd olunub ki, belə hallar dəfələrlə təkrarlandıqda artıq araşdırılmağa başlanılır: “Bu, xüsusilə, sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə qəbzlərin daxil edilməsi halları müşahidə edildikdə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır. Məsələ bir-iki haldan getmir. Əgər gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman nəzarətə alınır. Hər kəs bilməlidir ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz. Vətəndaşlara çatmalı olan qəbzlərin onlara təqdim edilməməsi və onlara məxsus çeklərin digər şəxslər tərəfindən öz telefonlarına sistemli şəkildə daxil edilməsi sui-istifadə halıdır. Bu, istər həmin kuryerin çeki vətəndaşa təqdim etməməsi, istər mağzalarda kassirlərin bəzi hallarda qəbzləri təqdim etməməsini də əhatə edir. Belə hallar “ƏDV geri al” layihəsinin şəffaflığına ictimai etimadın sarsılmasına səbəb ola bilər.
Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarət tədbirlərini gücləndirməkdədir və aşkar olunan pozuntularla bağlı qanunvericilik çərçivəsində tədbirlər görür. Layihənin davamlılığı və uğuru, ilk növbədə, vətəndaş məsuliyyətindən və dürüstlüyündən asılıdır. Dövlət Vergi Xidməti bütün vətəndaşları vergi intizamına riayət etməyə və bu təşəbbüsə etimadı qorumağa çağırır”.
12:16 / 13 Dekabr 2025
21
12:08 / 13 Dekabr 2025
24
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
573
11:07 / 13 Dekabr 2025
253
10:25 / 13 Dekabr 2025
785
09:15 / 13 Dekabr 2025
749
09:06 / 13 Dekabr 2025
341
08:45 / 13 Dekabr 2025
118
08:37 / 13 Dekabr 2025
140
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1055
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13692
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2913
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2251
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.