Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
552
25.05.2025, 19:25
"Sergey Paracanov Bakıda "Aşıq Qərib" filmini çəkəndə hələ Birinci Qarabağ müharibəsi başlamamışdı. Müharibənin iyi gəlirdi. Bir-birimizi tapdıq, Cavanşir Quliyev də filmin bəstəkarı idi. Paracanov istəyirdi ki, mən bu filmdə muğam ifa edim, amma Cavanşir Quliyev istəmirdi. O, filmdə aşıq musiqisindən istifadə etməyin zəruri olduğunu deyirdi. Bu film daha sonralar Parisdə 1-ci yerə çıxdı. Biz o vaxt Parisə konsertə getmişdik, gördük ki, filmin afişası divarlardan asılıb"
Oxu24.com bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib. O daha sonra əlavə edib:
"Mən oteldə Paracanovun yanında idim. Ona kimsə zəng etdi. Mən də axı eşidirəm. Deyirdi ki, niyə Alim Qasımovu çəkib, Azərbaycan musiqisini təbliğ edirsən? O da dedi ki, mənim işimə yarıyır, ona görə çəkirəm. Ona ermənilər mane olmaq istəyirdilər. Sənəti siyasətə qatmaq olmaz. Musiqinin dili yoxdur. Siyasət bir vaxt gələcək ki, sular durulacaq, amma sənət yüksəkdə qalacaq. Amma buna baxmayaraq mənim heç vaxt erməni dostum olmayıb. Bir dəfə də eyni hadisə Fransada bizim başımıza gəldi. Təşkilatçıya demişdilər ki, sən nə tapmısan bu Alimdə, onu tez-tez konsert vermək üçün bura gətirirsən? Belə hadisələr başımıza o qədər gəlib ki. Hava limanında başımıza oyun açıblar, qavalımızı buraxmayıblar. Belə hadisələri danışsam bir nağıl olar. Allahın göylərə qaldırdığını heç kim zirvədən aşağı ata bilməz" deyə sənətkar bildirib.
Sənətkar hava şəraitinə görə istirahətə yollana bilmədiyini bildirib:
Həmçinin oxuyun
"Hələ ki, ailəmlə birlikdə Bakıdayam. Hava qoymur ki, Şamaxıya istirahətə gedim. Həm də burada bir-iki çıxışım var. Bundan sonra hər il olduğu kimi hava istiləşən kimi ora gedəcəyəm" deyə sənətkar bildirib.
15:41 / 14 Dekabr 2025
217
15:09 / 14 Dekabr 2025
36
14:56 / 14 Dekabr 2025
88
14:08 / 14 Dekabr 2025
1201
13:58 / 14 Dekabr 2025
63
13:27 / 14 Dekabr 2025
71
13:18 / 14 Dekabr 2025
59
13:09 / 14 Dekabr 2025
95
12:54 / 14 Dekabr 2025
386
12:18 / 14 Dekabr 2025
713
12:06 / 14 Dekabr 2025
1662
11:38 / 14 Dekabr 2025
73
11:30 / 14 Dekabr 2025
687
11:22 / 14 Dekabr 2025
56
10:43 / 14 Dekabr 2025
982
10:33 / 14 Dekabr 2025
105
10:20 / 14 Dekabr 2025
89
09:40 / 14 Dekabr 2025
100
09:15 / 14 Dekabr 2025
249
08:58 / 14 Dekabr 2025
172
08:46 / 14 Dekabr 2025
245
08:43 / 14 Dekabr 2025
87
01:21 / 14 Dekabr 2025
1587
00:52 / 14 Dekabr 2025
1152
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.