Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə müharibəni dayandırmağa çalışır

2025/02/07/1738955859_erdogan.png

DÜNYA

137

29.05.2025, 14:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara həm Moskva, həm də Kiyevlə daimi əlaqə saxlayır və münaqişənin sülh yolu ilə həlli üçün bütün diplomatik vasitələrdən istifadə etmək niyyətindədir.

"Biz sülh üçün səylərimizi davam etdiririk və səylərimizi dayandırmırıq. Biz Rusiya və Ukrayna ilə dialoqdayıq. Biz mövcud dinamikanı davamlı sülhün bərqərar olması üçün bir şans kimi görürük. Bu fürsəti əldən vermək olmaz. Sizi bu pəncərəni bağlamamağa çağırırıq. Bütün diplomatik resurslarımızdan və potensialımızdan istifadə olunur. Bölgəmizdə bu böyük yanğının söndürülməsi həm dövlətimizin həm də insani maraqlarına cavab verən bir addımdır".

“Anadolu” agentliyi bu barədə Ərdoğana istinadən məlumat yayıb.

Bu sözləri prezident Azərbaycandan qayıdarkən jurnalistlərlə söhbəti zamanı deyib.

Dövlət başçısı həmçinin hazırkı sülh təşəbbüsləri nəticəsində kompromis əldə olunacağına ümid etdiyini bildirib:

"İstənilən kompromis əldə ediləcəyinə ümidim var. Bütün dünya gördü ki, bu müharibə Avropanın təhlükəsizliyinin arxitekturasını, xüsusən də enerji sektorunu kökündən dəyişdi. Avropa İttifaqı Rusiyanın enerji resurslarından asılılığını azaltmağa çalışır. Bu da öz növbəsində Türkiyə kimi enerji resurslarında tranzit ölkə kimi çıxış edən ölkələrin geosiyasi əhəmiyyətini artırır", - Türkiyə lideri qeyd edib.

Miri