Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif 

news/2025_05_30/65c7c5c1e3d3709d26bc711d54af8397_1748625315.png

DÜNYA

600

30.05.2025, 21:14

Əmək miqrantlarını Rusiya ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur.

Oxu.Az xəbər verir ki, Rusiya Dövlət Dumasının "Yeni insanlar" fraksiyasının deputatları sözügedən təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Deputatların təklifinə əsasən, əmək miqrantları Rusiyada qanunvericiliyi pozduqları halda həmin depozit onların deportasiya xərclərini qarşılamağa xidmət etməlidir.

Deputatlar vurğulayıblar ki, 2024-cü ildə xarici vətəndaşların Rusiyadan deportasiyası üçün federal büdcənin xərcləri bir milyard rublu (21 milyon manatdan çox - red.) ötüb.