Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
757
17.05.2025, 19:38
Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov komaya düşüb. Ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzinə Xəstəxanasına əməliyyat üçün müraciət edən Sübhanın həmin tarixdən komaya düşdüyü bildirilir.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs 14.04.2025-ci il tarixdə pilondal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edib. Pasiyent müayinə olunub və onun əməliyyat və anestesiyası üçün əks göstəriş aşkarlanmayıb:
“Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olunduqdan sonra tənəffüs göstəriciləri itib, nəbz qeydə alınmayıb. Bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb.
Süni ventilyasiya və medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib və mərkəzi damarlar üzərində nəbz bərpa olunub, hemodinamik göstəricilər kardiomonitorda stabilləşib. Xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb.
Həmçinin oxuyun
Həyati vacib orqanların funksiyalarının bərpası və stabilləşməsinə yönələn tədbirlər həyata keçirilib. Bəbəklər normal genişlikdə, işığa qarşı reaksiyası saxlanılıb. Xəstənin kliniki ölüm keçirməsini nəzərə alaraq SVA saxlanılması və reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb.
Xəstə 17.04.2025-ci il tarixinədək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə xəstənin valideynlərinin təkidi və tələbi ilə pasiyent Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb”.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.