Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1249
16.05.2025, 15:18
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu alimentin ödənilməməsi zamanı yaranan hüquqi məsuliyyətlə bağlıdır.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən vəkil Şəms Mirzəyeva bildirib ki,alimenti ödəməkdən imtina edən şəxsin hüquqi məsuliyyəti yaranır.
“Aliment ödəməli olan şəxs tərəfindən bu və ya digər səbəbdən alimentin ödənilməməsi İcra Haqqında AR Qanununa əsasən məcburi icra tədbirlərinin tətbiqinə səbəb ola bilər. Belə ki, həmin şəxsin əmlakı və ya bank hesabları üzərinə həbs qoyula bilər, onun ölkədən çıxışı məhdudlaşdırıla bilər və s. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarı mövcuddursa lakin şəxs onu icra etməkdən qəsdən və ya qərəzli şəkildə boyun qaçırırsa, bu artıq inzibati hüquq pozuntusudur. Bununla bağlı AR İXM 528-ci maddəsinə əsasən şəxs 500 manatdan 1000 manata qədər cərimə oluna bilər və ya 1 ayadək inzibati qaydada həbs oluna bilər. Eyni zamanda məhkəmə qərarlarının üzrsüz səbəbdən icra olunmaması cinayət məsuliyyətinə də səbəb ola bilər. Bununla bağlı şəxs AR CM 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu zaman şəxs 2000 manatdan 4000 manatadək cərimə, islah işləri, ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər. AR Ailə Məcəlləsinə əsasən valdeynlərin uşaqlarına münasibətdə aliment öhdəliklərini icra etməməsi valideynlik hüququndan məhrumetməyə belə səbəb ola bilər”,-deyə vəkil Şəms Mirzəyeva bildirib.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.