İdarə maşını qadını vurub öldürdü
13 Dekabr 2025, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
295
22.05.2025, 20:40
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyanın (mobil telefon) mövcud olması barədə əməliyyat məlumatı daxil olub və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Oxu24.com-a verilən məlumata görə, araşdırma zamanı cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə edərək özünə məxsus çantada iki ədəd mobil telefonu və onlara aid aksesuarları yoxlamadan gizlətməklə müəsissəsinin daxilinə keçirərək cəzaçəkən qadın məhkuma verməsi və həmin məhkum tərəfindən qeyd edilən qadağan olunmuş əşyalardan istifadə edilməsi faktı müəyyən edilib.
Törədilmiş əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar və maddi sübutlar Penitensiar Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərilib. İstintaq bölməsi tərəfindən toplanmış materiallar istintaq aidiyyəti üzrə Muxtar Respublika Prokurorluğuna göndərilmiş, faktla bağlı Cinayət Məcəlləsinin 308.1, 317-1.2 və 317-2.2 maddələri ilə cinayət işi başlanmış və istintaq aparılıb.
Həmçinin oxuyun
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmü ilə həmin iş üzrə cəzaçəkmə müəssisəsinin adı keçən əməkdaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar isə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən məhkum edilərək, onlara qanunda nəzərdə tutulmuş cəzalar təyin edilib. Hökm qanuni qüvvəsini alıb və icraya yönəldilib.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.