Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1079
25.05.2025, 22:11
Tısbağalar Yer kürəsinin ən qədim heyvanlarından biridir. 200 milyon ilə yaxındır ki, onlar mövcuddur və heç bir dəyişikliyə məruz qalmayıblar. Onların bəziləri quruda, bəziləri isə suda yaşayır. Tısbağa həm qədim, həm də ən uzunömürlü heyvandır. Alimlər onların 200-300 il yaşadıqlarını güman edirlər.
Çanağına görə tısbağanı heç bir heyvanla səhv salmaq mümkün deyil. Amma bütün tısbağalarda eyni deyil.
Bəziləri yalnız quruda yaşayarkən, bəzilərinin həyatı su ilə bağlıdır. Quruda nə qədər ləng olsalar da, suda məharətli üzgüçüdürlər, çox cəld və qıvraqdırlar. Bundan başqa tısbağalar ölçülərinə görə də fərqlənirlər.
Dənizdə tısbağanın beş növü məlumdur. Bunlardan ən irisi dərili tısbağadır. Onun çanağının diametri 2 metrə, çəkisi isə 500 kiloqrama çatır. Dərili tısbağaların nəsli hər il daha da azalaraq məhvə doğru gedir.
Əvvəllər belə hesab edirdilər ki, buna ətlərinin və yumurtalarının çox dadlı olması üzündən brakonyerlər tərəfindən ovlanması və balıqçı toruna təsadüfən düşərək ölmələri səbəb olur. Amma sonradan belə məlum oldu ki tısbağalar dənizə atılmış polietilen torbaları meduzalara oxşadaraq udur və boğulurlar.
Hazırda dünyada 250 növ tısbağa yaşayır. Onların böyük əksəriyyəti otyeyəndirlər. İstini çox sevən dişi tısbağa qumda çala qazaraq yumurtalarını basdırır. Bununla da onların övladlarına qayğısı sona yetir. Tısbağa balaları yumurtadan çıxan andan sərbəst həyat sürməyə başlayırlar. Balalar əvvəl çox sürətlə böyüyürlər. Sonra sürət tədricən azalır. Amma maraqlısı budur ki, böyümə bütün həyatları boyu davam edir.
Tısbağaların ömürləri isə çox uzun olur. Bəziləri 100 il və daha artıq yaşaya bilir. Ömürlərinin axırlarına qədər çanaqlarını dəyişmirlər. Çanaqları vasitəsi ilə düşmənlərdən qorunan tısbağaların çoxu hələ erkən yaşlarında – zirehləri bərkiməmiş yırtıcı heyvanlara yem olur. Tısbağanın əsas qənimlərindən biri də insandır. Onun çanağından bəzək əşyalarının hazırlanmasında istifadə olunur, əti və yumurtası isə bəzi ölkələrdə ən ləziz yemək (delikates) sayılır.
Qədim tısbağaların xırda dişləri olmuşdur, ancaq müasirlərdə bu yoxdur. Bitkinin hissələrini tutub dişləmək üçün, çənələrinin itiləşmiş uclarından istifadə edirlər.
Tısbağaların ürək döyüntüsü
Tısbağalar su altında uzun müddət qala bildikləri üçün onların ürək döyüntüləri suya daldıqda xeyli yavaşlayır. Bu xüsusiyyət onların sualtı mühitdə oksigen ehtiyacını minimuma endirmək üçün inkişaf etdirmiş olduqları bir adaptasiyadır. Tısbağaların ürək ritmləri su altında qaldıqları müddət boyunca aşağı düşərək enerji sərfiyyatını azaldır və daha uzun müddət su altında qalmağa imkan verir. Bu xüsusiyyət onların dəniz və su mühitlərində effektiv şəkildə ovlamalarını və yaşamalarını təmin edir. Suya dalarkən tısbağaların ürək ritminin yavaşlaması onların təbiətdə yaşamaq üçün necə uyğunlaşdıqlarını və müxtəlif mühitlərdə necə sağ qala bildiklərini göstərən möhtəşəm bir nümunədir.
Temperatur tısbağaların cinsini təyin edir. Yumurtanın erkək və ya dişi yumurtaya çevrilməsi temperaturdan asılıdır; aşağı temperaturda erkək yumurta, yüksək temperaturda isə dişi yumurta doğulur.
Tısbağalar səs telləri olmasa da səs çıxara bilirlər. Bunu edə bilmələrinin səbəbi; Ağciyərlərində hava toplanması yaratmaq üçün birdən başlarını irəli çəkərək səs çıxarmağı öyrəniblər.
Həmçinin oxuyun
Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
Güclü leysan,ardınca qar yağacaq — ƏHALİYƏ XƏBƏRDARLIQ
Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.